Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib 15 Oktyabr 2014 01:00 Dünya Səudiyyə Ərəbistan Riyad şəhər Cəza Məhkəməsi bu gün Ayətullah Nəmr haqqında edam qərarı qəbul edib. Maide.az-ın eremnews-a istinadən məlumatına görə, Ali Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmər bu faktı təsdiq edib və deyib ki, məhkəmə qərarından apelyasiya şikayəti veriləcək. Ərəbistan məhkəməsi avqustun ortalarında Şeyx Baqir Ən-Nəmr ilə bağlı son qərarı elan etməli idi, lakin məhkəmənin 31 avqustadək təxirə salındığı elan olundu. Qeyd edək ki, Ayətullah Şeyx Nəmr Səudi Ərəbistan şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixdə, yerli vaxtla 14:00 radələrində Səud rejimi tərəfindən həbs edilib. Səudi Ərəbistan rejiminin Prokurorluğu tərəfindən Şeyx Nəmrə, “Allah ilə Müharibə edən şəxsin hökmü”nün tələb edib və onun haqqında edam qərarının verilməsini istəyib. Səudiyyə Ərəbistan rejiminin bu istəyi müxtəlif hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları veriblər./ Teqlər : #Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın nüvə proqramı ilə əlaqədar kompromis mümkündür Kobani İŞİD terrorçularından azad edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO