Səudiyyə Ərəbistanı uşaqların Həcc ziyarətinə aparılmasını qadağan edəcək

Səudiyyə məmurları 10 yaşına qədər uşaqların həcc ziyarətinə gətirilməsini qadağan edən qanunu nəzərdən keçirirlər.
Maide.az-ın məlumatına görə, bu qadağa, qızmar istilərlərdə uşaqların ağır çətinliklərə düşməməsi üçün nəzərdə tutulub.
Həcc Nazirliyi hesab edir ki, valideynlər körpə uşaqları ziyarətə gətirməməlidirlər, bu uşaqların günvurma və müxtəlif infeksiyalara tutulmasına səbəb ola bilər.
Yay aylarında Məkkədə istilik 44 dərəcəyə qədər çatır. Bu il həcc mərasimi oktyabr ayına təsadüf etdi, lakin gələn illərdə yay aylarında istilik yüksək olacaq, məmurlar uşaqlara çətinliklər yaranacağından narahatdırlar. Bu il 5000-dən 7000 minədək üşaq həcc ziyarətində iştirak edib.
Valideynlərin hamısı otellərdə qalmaq imkanına malik deyillər, bir çox ailələr yol kənarlarında gecələməyə məcbur olurlar.
Həcc Nazirliyindən məlumat verilib ki, " Bu qərar İslamda önəmli olan, uşaqların həyatını xilas etmənin vacibliyinə əsaslanır. "//

 

Google+ WhatsApp ok.ru