Səuddan Fransaya İran təzyiqi

Vyanadakı "əl-Məyadin" müxbiri Fransa mənbələrdən Ər-riyadın Parisə nüvə müzakirələrində yekun müqaviləyə imza atmaması üçün təzyiq etdiyini bildirib.
 
Maide.az xəbər verir ki, mənbələr Səudiyyə Ərəbistanının Fransa bu müqaviləyə imza atacağı halında Fransadan silah alışını dayandıracağı barədə xəbərdarlıq etdiyini bildirir.
 
Eyni mənbələr Parisin hazırda çox çətin bir vəziyyətdə olduğunu vurğulayaraq, bu vəziyyətin Səud krallığından qaynaqlandığına işarə edib.
 
Fransanın BMT daimi nümayəndəsi Jerar Aro məsələ ilə bağlı verdiyi açıqlamada, "Fransa İranla aparılacaq pis bir sazişə imza atmayacaq. Fransa əvəzi nə olursa olsun, iranlılarla müqavilə bağlamaq istəmir", - deyib.

Google+ WhatsApp ok.ru