Səudiyyə rejimi yenidən şiələrə hücum etdi

Ali Səud rejiminə bağlı qüvvələr bir daha Səudiyyə Ərəbistanın şərqində yerləşən və şiələrin sıx yaşadığı Avamiyə bölgəsinə hücum edib.
 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanda təhlükəsizlik qüvvələri Avamiyədə yaşayış evlərinə atəş açıblar. Hücum ciddi şəkildə maddi ziyana səbəb olub.
 
Xatırladaq ki, son bir neçə həftədə Avamiyə bir neçə dəfə ölümcül hücumlara məruz qalıb. Bu hadisələrdə bir neçə siyasi fəal öldürülüb və ya saxlanılıb.
 
Səudiyyə Ərəbistanı qüvvələri iki həftə əvvəl də Avamiyə regionuna siyasi fəalları yatırtmaq üçün hücum təşkil etmişdi. Bu təcavüzdə biri uşaq olmaqla 5 vətəndaş atəş nəticəsində həyatını itirmişdi.

Google+ WhatsApp ok.ru