Səud xanədanı dəhşət içində!

Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Səud Əl-Feysəl bir çıxışında "Qərb ittifaqı regionda şiə nüfuzunun yayılmasına icazə verməyəcəkdir", - deyə bildirib. 
 
Əl-Feysəl vəliəhd Məhəmməd bin Nayifin və şura üzvlərinin iştirakı ilə keçirilən Siyasi və Təhlükəsizlik İşləri Konfransında belə danışıb: "Şiə komandirlərin İŞİD ilə müharibədə ön cərgələrdə olması, balansların dəyişdiyinin, bizim üçün təhlükə zənglərinin vurduğunun açıq mesajıdır. Bizim İŞİD ilə ixtilaflara baxmayaraq, bir gün şiə komandir və liderlərinin bir-birini qucaqlayaraq Səddam Hüseynin doğulduğu yerdə sünni döyüşçülərin (vəhhabi, İŞİD terrorçularının) cəsədlərinin başında güləcəklərini xəyal belə edə bilməzdir". 
 
Əl-Feysəl bunu bir faciə kimi səciyyələndirərək, xəbərdarlıq edib.
 
Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin açıqlamalarının Amerika ordusu Baş Qərargah rəisi Martin Dempseyin İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanı İŞİD-i bombalamağı dayandırmağa çağırması ilə eyni zamanda olması diqqət çəkib. 
 
Qeyd edək ki, Dempsey İraqda çoxlu sayda bombardman həyata keçirilməsinin həll yolu olmadığını deyərək, bunun dayandırılması lazım olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru