Sərkisyan: `Azərbaycanlılar ermənilərdən daha ləyaqətlidir` 23 Mart 2015 02:00 Dünya "Bəzi türklər və azərbaycanlılar bəzi ermənilərdən daha ləyaqətlidirlər". Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mediaforum zamanı iştirakçıların suallarını cavablandırarkən bildirib. "Bizim çətin tarixi dönəmlərimizdə çox hallar olub ki, bəzi türklər və azərbaycanlılar özlərini bəzi ermənilərdən daha ləyaqətli aparıblar. Tarixdə belə faktlar çoxdur. Bu çox mühüm amildir". Qeyd edək ki, 18-23 mart tarixlərində keçirilən mediaforumun əsas mövzusu qondarma erməni soyqırımıdır. Söhbət zamanı Ermənistan-Türkiyə protokollarına toxunan Serj Sarkisyan, onların parlamentdən geri götürülməsinin hələ son olmadığını bildirib: "Mən protokolları parlamentdən geri götürmək qərarına gəldim. Lakin bu o demək deyil ki, biz Türkiyə ilə mümkün barışıqdan imtina edirik". O bildirib ki, protokollar əsasən Azərbaycan amili səbəbindən təsdiq edilməyib: "Mən əminəm ki, Azərbaycan amili olmasaydı, protokollar artıq çoxdan imzalanmışdı".(Report) Teqlər : #Sərkisyan: `Azərbaycanlılar ermənilərdən daha ləyaqətlidir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyadan Avropaya təhdid: Nüvə raketlərinin hədəfi ola bilər İsrail rejiminin əsgərləri 7 fələstinlini həbs etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO