Səud rejimi şiələrin yaşadığı rayonlara qoşun yeritdi

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 2 həftədən artıqdır Yəmənə qarşı başlatdığı hava hücumlarına dünyanın müxtəlif ölkələrindən etiraz edilib. Maide.az xəbər verir ki, Səudiyyə ərəbistanından yaşayan şiələr Yəmən xalqına dəstək məqsədi ilə bir neçə gündür etiraz aksiyaları keçirirlər. Etiraz aksiyalarını basdırmaq üçün şiələrin yaşadığı Katif və Avamiya rayonlarına qoşun yeridilib. 
 
Ordu ilə qarşıdurmada 4 aksiya iştirakçısı ölüb. Aksiya iştirakçılarından 10 nəfər həbs edilib. 
 
Sakinlər qeyd ediblər ki, yaralıların sayı 30-dan yuxarıdır. Avamiyada 20 nəfərdən çox sakin həbs edilib. Onların sözlərinə görə, əməliyyata böyük sayda qoşun cəlb edilib, şəhərdə atışma bir neçə saat davam edib, əsgərlər isə dinc sakinlərin evlərini nizamsız atəşə tutublar.

Google+ WhatsApp ok.ru