Səudiyyə rejimi daxilində ixtilaf böyüyüb

Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdel Əziz Əl-Saud vəliəhdi və ölkənin nazirlər şurasının rəhbərinin müavini Mukrin ibn Abdel Əziz Əl-Saudu tutduğu vəzifəsindən azad edib. Hakimiyyət sədrinin ikinci müavini vəzifəsini tutan Muhammed ibn Nayef isə yeni vəliəhd təyin edilib. Bundan əlavə krallığın XİN rəhbəri Saud əl-Feysalı da istefaya göndərilib. Onun yerinə isə Adel əl-Cubeyr təyin edilib.
 
Qeyd edək ki, bir müddət bundan öncə Səud rejimi daxilində münaqişələrin yaranması barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, vəliəhd Mukrin ibn Abdel Əziz Əl-Saud bəzi nazirlərlə danışaraq, hakimiyyət çevrilişi etməyə hazırlaşır. Səbəb isə alzeymer xəstəsi olan kralın gökuməti idarə edə bilməməsidir. Görünür, deyilənlər həqiqətdir və buna görə də kral vəliəhdi özündən uzaqlaşdırıb.

Google+ WhatsApp ok.ru