Səudiyyə Ərəbistan “Əl-Məyadin” telekanalını bağlamaq üçün Livana təzyiq edir

Səudiyyə Ərəbistanın “Arab Sate” şirkəti “Əl-Məyadin” telekanalını bağlamaq üçün təzyiq göstərərək, bütün azad və tənqidçi Media orqanlarının bağlanması prosesini davam etdirir.
Maide.az xəbər verir ki, daha əvvəl “Arab Sate” və “Nail Sate” peyk şirkətlərinə təzyiq göstərərək İranın “Əl-Aləm” telekanalının yayımının dayandırılmasına nail olan Riad rəsmiləri “Əl-Məyadin” telekanalının fəaliyyətini dayandırmaq üçün Livan hökümətinə təzyiq prosesini başladıb.
“Əl-Səfir” qəzetinin yazdığına görə, “Arab Sate” peyk şirkəti Livanda “Əl-Məyadin”  xəbər kanalının yayımını dayandırmaq üçün Beyrut rəhbərliyini ikitərəfli müqaviləni bağlamaqla və bu şirkətin yayım stansiyasını “Curəh əl-Bəlut” regionundan İordaniyaya köçürməklə təhdid edib.
Məlumata görə, “Arab Sate” peyk şirkəti indiyədək Livanın Rabitə Nazirliynə bir neçə məktub göndərərək, ərəb ölkələrini tənqid etdiyi üçün “Əl-Məyadin”  xəbər kanalının cəzalandırılması istiqamətində müvafiq addımlar atmasını tələb edib.
Siyasi müşahidəçilər hesab edirlər ki, “Arab Sate” şirkətinin təzyiqlərinin səbəbi rəsmi Riyadın yürütdüyü siyasətin “Əl-Məyadin”  xəbər kanalı tərəfindən ifşa edilməsi ilə bağlıdır.
“Əl-Məyadin” telekanalının rəhbərliyi bu yaxınlarda “Arab Sate” şirkətinin onlara xəbərdarlıq müraciəti ünvanladığını bildirərək, əlavə edib: Bu müraciət Mina faciəəsi ilə bağlı iranlı bir ekspertin siyasi təhlilinin yayımlanmasının ardınca daxil olub. Sözügedən müraciət, proqramın məzmununu “Əl-Məyadin” telekanalı ilə “Arab Sate” şirkəti arasında müqaviləsinin şərtlərinə zidd olduğunu göstərilib.
“Əl-Məyadin”  telekanal 11 yanvar 2012-ci ildən, yəni Ərəb inqilabları başladıqdan bir il sonra rəsmi olaraq fəaliyyətə başlayıb./
 

 

Google+ WhatsApp ok.ru