Səudiyyə Ərəbistan Şeyx Nimr və daha 46 nəfəri edam etdi -YENİLƏNİB

Şeyx Nimrin həyatına qısa bir baxış

Səudiyyə Ərəbistannın Daxili İşlər Nazirliyi 47 nəfər edam edildiyini elan edib.  
Maide.az Presstv-yə istinadən xəbər verir ki,  edam olunanlar arasında Səudiyyə Ərəbistan şiələrinin rəhbəri Şeyx Nimrdə var.
Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi yayımladığı bəyanatda bildirir ki, bu şəxslər şənbə günü (bu gün) “terrorizmdə” ittiham olunaraq edam ediliblər. 
Bəyanatda bildirilir ki, edam olunan şəxslərin əksəriyyəti 2003-2006-cı illərdə təşkil olunan hücumlarda həbs olunublar. Onların çoxunu Əl-Qaidə ilə əlaqələri olduğu iddia olunur.
Məlumata görə, bu şəxslərin edamı Səudiyyə Ərəbistanın 12 müxtəlif bölgəsində həyata keçirilib.
Şeyx Nimr Səudiyyə rejiminin ən tanınmış siyasi məhbuslarından biri idi. O 2014-cü ildə Səudiyyə rejim padşahına boyun əymədiyi və bu rejimi tənqid etdiyi üçün edama məhkum olmuşdu. 
Şeyx Nimr ölkənin təhlükəsizliyini pozmaqda, hökumətə qarşı və siyasi məhbusların müdafiəsi üçün çıxışlar etməkdə ittiham olunurdu. 
Qeyd edək ki, Ərəbistanın Ali və Kassasiya məhkəmələri 2015-ci ilin oktyabr ayında ölkənin tanınmış şiə alimi Şeyx Nimrin edam hökmünü təsdiq etmişdi. Bu hökmə dünyanın müxtəlif ölkələrindən din xadimləri, müctəhidlər, siyasi və ictimai faəllar etirazlarını bildirmişdilər.
 
Şeyx Nimrin həyatına qısa bir baxış 
 
Ərəbistan şiələrinin rəhbəri, Səudiyyə rejiminin yürütdüyü siyasətlərin tənqidçisi və dəfələrlə məhbəs həyatı yaşamış Şeyx Nimr kimi tanınan Nimr Baqir əl-Nimr 1959-cu ildə Ərəbistanın Qətif əyalətinin əl-Əvamiyyə bölgəsində dünyaya göz açıb.
Onun atası Əli bin Nasir Al Nimr bölgənin tanınmış ruhanisi və xətiblərindən  biri olub. Bu ailədən olan digər bir ruhani kimi Ayətullah Məhəmməd bin Nasir Al Nimrin adını  çəkmək olar. 
 
Təhsili  
Şeyx Nimr orta məktəbi Əl-Əvamiyyə şəhərinin orta məktəblərində oxuyub. Sonra dini təhsil almaq məqsədi ilə İrana hicrət edib və Tehranda Ayətullah Məhəmmədtəqi Hüseyni Müdərrisinin təsis etdiyi  İmam Qaem (əc) dini mədrəsəsində təhsil alıb. O, İranda 10 il təhsil aldıqdan sonra Zeynəbiyyəyə köçdü. Şeyx Nimr İranda, Suriyada və daha sonra Ərəbistanda dini elmi hövzələrdə tədris ilə məşğul  olub. 
 
Ailəsi 
Şeyx Nimrin bir oğlu və 3 qızı var. Onun həyat yoldaşı Muna Cabir Əl-Şəryavi uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkəndən sonra Şeyx Nimr zindanda olan dövrdə vəfat etdi. 
 
Ərəbistanda ictimai fəaliyyətləri 
Şeyx Nimr 2003-cü ildə Əl-Əvamiyyə bölgəsində Cümə namazını ilk dəfə qılmağa başladı. O həmçinin “Əl-İmam ul – Qaem (əc)” adlı dini mərkəzi təsis etdi. Şeyx Nimr Əvamiyyə bölgəsində cəmiyyətdə  məscidlərin rolunun artırılmasında, cümə namazının qılınması, fikri və teori müzakirələrin təşkili, dini kitablar, məqalələrin nəşri, cəmiyyətdə qadınların rolunun artırılması, gənclər və yeni yetmələrə dini təlimlərin öyrədilməsi və sosial porblemlərin həllində  aktiv iştirak etdi. 
Şeyx Nimr Bəqi qəbirstanlığında Əhli –Beyt (ə) qəbirlərinin yenidən qurulması üçün çox çalışdı. O, 2004-cü ildən 2007-ci ilədək  hər il Əhli –Beyt (ə) qəbirlərinin dağıdılması gününün qeyd olunması və bərpası tələbi ilə aksiyaların keçirilməsinə çalışdı, lakin Ərəbistan rejimi ona bu aksiyaların keçirilməsinə icazə vermədi. Buna baxmayaraq 2007-ci ildən Şeyx Nimr aksiyaların təşkilini bacardı. Avropa və Amerikada Bəqi qəbirstanlığında Əhli-Beyt (ə) qəbirlərinin dağıdılmasının pislənilməsi və yenidən qurulması tələbi ilə yürüşlər təşkil olundu. 
 
Siyasi fəaliyyətləri  
Şeyx Nimr 2009-cu ilin fevral ayında Səudiyyə rejim rəhbərliyinə xəbərdalıq  etdi. “Əgər bizim şənimiz və hüquqlarımız tanınmazsa, mən şiələri Ərəbistandan ayrılmağa çağıracam." O bu çıxışında azad seçkilərin keçirilməsini tələb etdi. 
Şeyx Nimr həmişə öz çıxışlarında Səudiyyə rejimini ayrı seçkilik siyasətləri yürütdüyünü vurğulayır xüsusi ilə əsasən şiələrin məskunlaşdığı Qətif və əl-Ehsa bölgələrində bu ayrı seçkilik siyasətlərini daha da ciddi icra edildiyini bildirirdi.  
Şeyx Nimr çıxışlarının birində Səudiyyə rejimini sərt tənqid etdikdən sonra demişdi: “Bilirəm ki, sabah məni həbs etmək üçün gələcəksiz. Xoş gələcəksiz!  Həbs etmək, işkəncə və öldürmək sizin məntiq və yolunuzdur. Biz ölümdən və öldürülməkdən qorxmuruq. Biz heç nədən qorxmuruq”. 
Şeyx Nimr Ərəbistanda şiələrə ikinci dərəcəli insanlar kimi baxılmasını həmişə tənqid edirdi və şiələrin hüquqlarının bərpasına çalışırdı. 
Şeyx Nimr həmişə öz çıxışlarında Ərəbistanda siyasi dəyişiklik istəyirdi, insanların hüquqlarının tanınmasını, milli və dini azlıqların hüquqlarının tanınmasını istəyirdi. 
Ayətullah Nimr Fars Körfəzi ölkələrinin ərəb başçılarını da tənqid edirdi. Ərəb ölkələrində xüsusi ilə Bəhreyndə baş verən hərəkətləri dəstəkləyirdi. “Fars Körfəzinin ərəb ölkələrinin başçılarının hamısı Amerikanın çətri altındadırlar. Amerikanın esminesləri Bəhreyn və digər ərəb ölkə xalqlarının neft sərvətlərini oğurlamaq üçün bölgədədirlər”. 
Baxmayaraq ki, 2008-ci ildə Ərəbistan hökuməti  Şeyx Nimrə dərs deməyi və çıxışlar etməyi qadağan etmişdi, Şeyx Nimr 2011-ci ildə Tunis və Misirdə diktator rejimlər devrildikdən sonra, yenidən siyasi çıxışlarını davam etdirməyə başladı.  
 
Həbslər 
 
Şeyx Nimr 2003-cü ildən indiyədək Ərəbistan rejimi tərəfindən  6 dəfə həbs olunub və sonuncu həbsi uzun müddətli oldu və sonda onun şəhid olması ilə nəticələndi. 
2003-cü ildə cümə namazı qılmasına qoyulan qadağaya baxmayaraq cümə namazını qıldığı üçün ilk dəfə həbs olundu. 
2004-cü ildə  Bəqi qəbirstanlığının bərpası üçün çalışmalarına görə, 2005-ci ildə yenidən Bəqi qəbirstanlığının bərpası üçün çalışmalarına görə, 2006-cı ildə İranda keçirilən tədbirdə iştirak edib Ərəbistana qayıtdıqdan sonra yenidən həbs olundu. Bu dəfə onun həbsinə Əvamiyyə camatı etiraz etdi və yürüşlər təşkil etdilər. 
2008-ci ildə Ərəbistan hökuməti ondan Qətif əyalətinə getməyi istədi, o isə getmədi və Dəmam şəhərinə aparıldı. Orada ondan istənildi ki, yazılı olaraq söz versin ki, cümə namazı qılmayacaq və Şeyx Nimr isə bunu qəbul etmədi. Elə buna görə, daxili işlər nazirinin qərarı ilə saxlanıldı və 24 saat sonra buraxıldı. 
Şeyx Nimr sonuncu dəfə (altıncı dəfə) 2012-ci ilin iyul ayının 8-də həbs olunub. Ərəbistan təhlükəsizlik qüvvələri Qətif bölgəsində ona pusqu qurur və Şeyx Nimrə tərəf atəş açırlar. Daha sonra onu ayağından 4 güllə yarası aldığı halda həbs edirlər. 
Şeyx Nimr 2014-cü ildə Səudiyyə rejim padşahına boyun əymədiyi və bu rejimi tənqid etdiyi üçün edama məhkum olunmuşdu. Şeyx Nimr ölkənin təhlükəsizliyini pozmaqda, hökumətə qarşı və siyasi məhbusların müdafiəsi üçün çıxışlar etməkdə ittiham olunurdu. 
Ərəbistanın Ali və Kassasiya məhkəmələri 2015-ci ilin oktyabr ayında ölkənin tanınmış şiə alimi Şeyx Nimrin edam hökmünü təsdiq etmişdi. Sonda Şex Nimrin edam hökmu Al Səud cəlladlarının əli ilə bu gün icra olundu və O, şəhid edildi. 
Şeyx Nimrin edam hökmünə dünyanın müxtəlif ölkələrindən din xadimləri, müctəhidlər, siyasi və ictimai faəllar etirazlarını bildirmişdilər və bildirirlər. /
 

 

Google+ WhatsApp ok.ru