Səudiyyə Ərəbistanı və Misir arasında gərginlik daha da dərinləşir 28 Oktyabr 2016 01:00 Dünya Səudiyyə Ərəbistanı və Misir arasında yaranan gərginliyin nəticəsi olaraq rəsmi Ər-Riyad Misir vətəndaşlarına viza verməyi dayandırıb. Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanın Qahirədki səfirliyi Misir vətəndaşlarına viza verməyi dayandırıb. Vizanın verilməsinin nə zaman yenidən başlanacağı bildirilmir. Riyad və Qahirə arasında gərginlik Misirin Rusiyanın Suriya ilə bağlı qətnamə layihəsini dəstəkləməsindən sonra üzə çıxdı. Çünki Ali SƏud rejimi bu qətnamə layihəsinin əleyhinə idi. Həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Milli Neft Şirkəti (Aramku) bu ayın əvvəlində Misirə neft göndərilməsi dayandırıb. Şirkət Misirə 700 min ton neft verməli idi. Misir neft nazirliyinin əməkdaşlarından birinin verdiyi açıqlamaya görə, Misir dövlət rəsmiləri düşünürlər ki, Ərəbistanın bu qərarı siyasi qərardır. Mümkün dür ki, ilin sonuna kimi belə davam etsin. Misir mətbuatı Səudiyyə Ərəbistanın bu addımları sərt tənqid edir və müxtəlif yazı və məaqələr dərc edirlər. Teqlər : #Səudiyyə Ərəbistanı və Misir arasında gərginlik daha da dərinləşir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriya ordusu hicablı xanımları həbs edir Husilər Ciddədəki kral Əbdüləziz hərbi bazasını vurdular - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO