Səudiyyə rejim qüvvələri şiələrin məskunlaşdığı kəndə hücum edib, su və işığı kəsdi 27 Yanvar 2017 02:00 Dünya Səudiyyə Ərəbistanın hərbi qüvvələri Əvamiyyə bölgəsində şiələrin məskunlaşdığı və tarixi abidələri ilə məşhur olan Mousavarah kəndinə hücum edib. Maide.Az xəbər verir ki, təhlükəsizlik qüvvələri əsasən şiələrin məskunlaşdığı Mousavarah kəndindin 400 nəfərlik əhalisinin elektrik enerjisi və suyunu kəsib. Bildirilir ki, Səudiyyə rejim rəsmiləri bölgədə yenidənqurma işləri aparmaq bəhanəsi ilə bu kəndin evləri sökmək istəyir. Avropa-Səudiyyə İnsan Hüquqları Qeyri Hökumət Təşkilatı Səudiyyə rejim qüvvələrinin bu kəndə hücumunu pisləyib və bu hücumu “qanunsuz” adlandırıb. QHT həmçinin Riyad hökumətindən istəyib ki, şiələrə qarşı təzyiqləri dayandırsın və insanları kənddəki evlərini zorla boşaltmağa məcbur etməsin. Teqlər : #Səudiyyə rejim qüvvələri şiələrin məskunlaşdığı kəndə hücum edib,#su və işığı kəsdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çilidə bir qəsəbə kül oldu - Video Hindistanda qar uçqununda 19 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO