Səudiyyə Ərəbistanı, Misir və sionist rejim Qəzzanın gələcəyi ilə bağlı gizli danışıqlar aparıb

Səudiyyə Ərəbistanı, Misir və sionist rejim Qəzzanın gələcəyi ilə bağlı gizli danışıqlar aparıb

Misirin "Raialyoum" qəzeti yazıb ki, ötən həftə Qahirədə bir neçə ərəb ölkəsi sionist rejimlə birlikdə Qəzza zolağının gələcəyini müzakirə etmək məqsədi ilə iclas keçirilib. 
 
Maide.Az xəbər verir ki, qəzet yazır ki, bu gizli görüş ötən həftə baş tutub və hələlik görüşün detalları açıqlanmayıb. 
 
Təhlükəsizlik rəsmilərindən biri qəzetə bildirib ki, görüşdə önəmli təhlükəsizlik məsələləri müzakirə olunub. 
 
Görüşdə Ərəb ölkələrinin və sionist rejimin təhlükəsizlik xidmət rəsmiləri ilə yanaşı, ABŞ-dan da nümayəndə iştirak edib. 
 
Qəzet bildirir ki, BƏƏ, Misir, Ərəbistan və İordaniyadan nümayəndələr bu görüşdə iştirak edib. /

Google+ WhatsApp ok.ru