Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib 31 İyul 2017 01:00 Dünya Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib. Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib. Bu gün zəvvarları yola salan Ə. Abidzadə bildirib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən iranlı zəvvarların yarısını “İranAir” şirkəti, yarısını isə Səudiyyə Ərəbistanı hava yolları şirkətləri daşımalı idi. Lakin son anda Səudiyyə Ərəbistanı şirkətləri 26 min iranlı zəvvarın daşınmasından imtina ediblər. “Biz indi məcburuq ki, zəvvarların daşınmasını özümüz həyata keçirək. Bunun üçün ağır və sıx uçuş proqramına ehtiyac var, lakin söz veririk ki, bütün zəvvarların daşınmasını həyata keçirəcəyik”, - deyə Ə. Abidzadə söyləyib. O qeyd edib ki, bu il ziyarətə gedəcək zəvvarların sayı artıb, lakin ölkənin hava limanlarında həmin zəvvarların qəbulu və yola salınması üçün lazımi infrastruktur dəyişikliyi edilməyib: “Buna görə biz öz zəvvarlarımızı Həcc ziyarətinə göndərmək üçün əlavə çətinliklərlə üz-üzəyik. Uçuşlarda gecikmələr olarsa, xalqımızdan buna görə indidən üzr istəyirəm. Bilsinlər ki, biz uçuşların tam təhlükəsiz və vaxtında yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik. Səudiyyə Ərəbistan tərəfindən asılı olan məsələlər bizlik deyil”. Qeyd edək ki, bu il İrandan 86 min zəvvar həccə gedəcək. Teqlər : #Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda 200-dən çox adam DAŞQININ qurbanı oldu Donuz qripi yenidən tüğyan edir: 7 ölü, 41 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO