Səudiyyə Ərəbistanı ağır məğlubiyyətdən sonra geri addım atır - Sülh danışıqları başlaya bilər

Səudiyyə Ərəbistanı ağır məğlubiyyətdən sonra geri addım atır - Sülh danışıqları başlaya bilər

İki gün öncə 2 min əsgəri Yəməndə hakimiyyətə nəzarət edən husilərin Ənsarullah Hərəkatının döyüşçülərinə əsir düşən Səudiyyə Ərəbistanı geri addım atmağa başlayıb.
 
Maide.Az xəbər verir ki, 2015-ci ildən etibarən koalisiya qüvvələri ilə Yəmənə təcavüz edən S.Ərəbistanı bu ağır məğlubiyyətdən sonra sülh mesajı verib.
 
Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman CBS kanalına verdiyi müsahibədə Yəməndə münaqişənin sülh yolu ilə həll olunmasını istədiyini deyib.
 
O, ölkəsinin müasir silahlara sahib olmasına baxmayaraq müdafiə oluna bilməmələrini ərazilərinin böyük olması ilə əlaqələndirib.
 
Xatırladaq ki, sentyabrın 14-də husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücum etmiş, nəticədə bir neçə milyard dollar ziyan vurulmuşdu.
 

Google+ WhatsApp ok.ru