Səudiyyə rejiminin 233 milyard pulu hara xərclədiyi bilinmir

Səudiyyə rejiminin 233 milyard pulu hara xərclədiyi bilinmir

Hazırkı kral Salman bin Əbdüləziz dövründə Səudiyyə Ərəbistanının maliyyə ehtiyatlarından 233 milyard dollar məbləğin haraya xərclənməsi barədə informasiya yoxdur.
 
Maide.Az xəbər verir ki, "Arab21" xəbər kanalının Beynəlxalq Valyuta Fondunun yaydığı hesabata istinadən məlumatına görə, Keçmiş kral Abdullah bin Abdulazizin olduğu vaxtda, yəni 2015-ci ildə Mərkəzi Bankda 732 milyard dollarlıq ehtiyat var imiş. Lakin bu ehtiyatın son 5 ildə azaldığı və 2019-cu ilin dekabr ayına kimi bu rəqəmin 499 milyard dollara düşdüyü aydın olur.
 
Bu hesabata görə, Səudiyyə Ərəbistanı bu müddət ərzində ehtiyatdan ildə təxminən 46 milyard olmaqla ümumilikdə 233 milyard dollar xərcləyib.

Google+ WhatsApp ok.ru