Salehi: İran sülhməramlı nüvə sahəsində uğurlara imza atacaq

İranın Atom Enerjisi Təşkilatının sədri İranın nüvə fəaliyyətlərinin prosesini açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, təşkilatın sədri Əli Əkbər Salehi İranın 2-ci televiziyasının xüsusi xəbər buraxılışında bildirib ki, İranın nüvə müzakirə heyəti 5+1 Qrupu ilə müzakirələrdə İslam Respublikasının mənafeyi istiqamətində İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə əsasən sayıqlıq və lazımi ehtiyatla hərəkət edib. 
 
Əli Əkbər Salehi həmçinin Lozannada İran və 5+1 Qrupunun müzakirələrinin yeni turuna toxunaraq deyib: "Qərb tərəfinin bütün səyləri və təxribatçılığına baxmayaraq, İran heyəti bu iclasın yekun bəyanatında zənginləşdirmə haqqını vurğulamaqla nüvə obyektlərinin fəaliyyətinin dayandırılmasına razı olmadı. Lozanna bəyanatına əsasən, heç bir obyektin fəaliyyəti dayandırılmır, üstəlik Ərak Ağır Su Reaktoru dünyanın ən modern reaktorlarından birinə çevriləcək." 
 
Salehi əlavə edib ki, bütün təzyiqlərə baxmayaraq, İran İslam Respulbikası hazırda yeganə inkişaf etməkdə olan ölkədir ki, Allahın lütfü ilə həm ağır su istehsal edə bilmiş, həm də uranı zənginləşdirmişdir. O, bildirib ki, İran sülhməramlı nüvə elmi barədə araşdırmanı davam etdirməklə bu sahədə daha çox uğurlara imza atacaq.

Google+ WhatsApp ok.ru