Salmandan Xaşiqçi cinayəti ilə bağlı ETİRAF

Salmandan Xaşiqçi cinayəti ilə bağlı ETİRAF

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən Camal Xaşoqqi cinayəti ilə bağlı etiraf edib.

Maide.Az “İnternethaber.com”a istinadən xəbər verir ki, 1 oktyabrda “PBS” telekanalında yayımlanacaq telejurnalist Martin Smitin reportajın anonsunda Salmanın həmin cinayətin məsuliyyətini öz üzərinə götürdüyü qeyd edilib. Məsələ ilə bağlı S.Ərəbistanın Xarici İşlər naziri Adil əl-Cübeyr isə dünən BMT-nin panel müzakirələrində Xaşoqqi cinayətinin hökumətin icazəsi olmadan baş verdiyini bildirib:

“Cinayət hökumət agentləri tərəfindən törədilib. Amma onlar bunu icazəsiz ediblər”.

O, cinayətlə bağlı istintaqın davam etdiyini, 5 nəfərin ölüm hökmü ilə ittiham edildiyini söyləyib.

Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Xaşoqqi ötən il 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Google+ WhatsApp ok.ru