Samirrada beş partlayış: Bədr ordusunun komandiri şəhid olub - FOTO

İraqın Samirra şəhərində 5 partlayış baş verib. Bunu İraqın Səlahəddin əyalətində olan təhlükəsizlik qüvvələri təsdiqləyib. 
Maide.az-ın məlumatına görə,  ötən gün terrorçular avtomobillərdə bomba quraşdırıb və partladıblar və həmdə raket hücumları həyata keçiriblər. 
İraq KİV-lərinə istinadən məlumatına görə, partlayışlar nəticsəində İraq təhlükəsizlik qüvvələrindən 5 nəfər ölüb, 41 nəfər yaralanıb . İraqın Bədr ordusunun komandiri Rafid Cabbar Əl-Movalinin şəhid olduğu bildirilir.  
 
Məlumata əsasən, Samirra şəhərinən şimal bölgəsində İraq təhlükəsizlik qüvvəlləri və İŞİD terrorçuları arasında atışma baş verib. Atışma zamanı 15 İŞİD üzvi öldürülüb və İŞİD-ə aid iki avtomobil məhv edilib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru