Seyid Həsən Nəsrullah: İslam üçün ən böyük təhlükə təkfirçilərdir

Hizbullah lideri Seyid Həsən Nəsrullah İslamın imicini pozan təkfirçi axının İslam dininə qarşı ən böyük təhlükə olduğunu söyləyib.
 
Maide.az xəbər verir ki, Hizbullah lideri Seyid Həsən Nəsrullah Məhərrəm ayının 3-cü günü münasibətiylə etdiyi çıxışda İslam dünyasına qarşı təhdidlərə toxunub.
 
Təkfirçilərin İslamın imicinə verdiyi zərərə görə İslam dininin tarixin ən böyük təhlükəsi ilə qarşı-qarşıya olduğunu vurğulayan Nəsrullah təkfirçi qrupların Aşura mərasimlərinə qarşı təhdidlərinin də özlərini qorxutmadığını söyləyib.
 
Təkfirçi axının bəzi Ərəb və İslam ölkələrində böyük bölgələri nəzarət altına almasına görə onlara qarşı açıq cəbhə götürmək məcburiyyətində qaldıqlarını deyən Nəsrullah, "terrorçular işlədikləri cinayətləri öz fikri liderlərinə və ya onları dəstəkləyənlərə deyil, özlüyündə Allahın kitabına aid edirlər, bu isə böyük bir təhlükədir", - deyib.
 
Təkfirçilərin baş kəsərək törətdikləri cinayətləri Qurana və uydurma hədislərə istinad etdiklərinə diqqət çəkən Nəsrullah, "İslamdan çıxarıldığı iddia edilən bu səhv düşüncə bu gün tarix boyunca İslamın imicinin pozulmasına qarşı ən böyük təhlükə halına gəlmişdir" söyləyib.
 
Nəsrullah təkfirçi düşüncənin bölgəmizdə 200 il əvvəl kökünün məhv edildiyini, ancaq son illərdə dövlətlərin dəstəyi və milyardlarla dolların axıdılması ilə bu düşüncənin bölgədə yenidən məşhurluq qazandığını vurğulayıb.

Google+ WhatsApp ok.ru