Seyid Həsən Nəsrullah: `Kürdlər İŞİD-i oxuya bilmədi`

Hizbullah rəhbəri Seyid Həsən Nəsrullah, "kürd liderliyinin əvvəlcədən İŞİD təşkilatını oxuya bilmədiyini" söyləyib.
 
Həsən Nasrallah Livanda dərc olunan "Əl Ahbar" qəzetinə açıqlamasında İŞİD-in bölgədəki ölkələrdə reallaşdırdığı hücumları qiymətləndirib.
 
İŞİD-in Kürdüstan bölgəsinə hücum etməmişdən əvvəl olacaqları təxmin etdiyini söyləyən Həsən Nəsrullah, heç bir dövlət və tərəfin bu oyunu idarə edə bilməyəcəyini söyləyərək, "İŞİD Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyəyə hücum etməyi nəzərdə tutur", - deyib.
 
Kürdlərin əvvəlcədən İŞİD-i səhv qiymətləndirdiyini söyləyən Hizbullah lideri, "Kürd liderliyi İŞİD-in yerində dayanacağını və Kürdüstanı təhdid etməyəcəyini düşünürdü. Bu ya səhv bir analiz idi, ya da İŞİD-in regional ortaqlarının bir qisimindən alınan bir sözdən, zəmanətdən qaynaqlandı" deyə bildirib.
 
Livan xalqını qorumaq üçün Suriya torpaqlarında döyüşdüklərini əlavə edən Həsən Nəsrullah belə deyib: "İŞİD qədər kin dolu bir psixologiya ilə qan tökülməsi tarixdə görülməyib. Bunun məsulu Birləşmiş Millətlərdir. İŞİD yezidi qadın və uşaqları diri-diri torpağa basdıraraq, qətlə yetirmişdir. Dünyada heç bir məntiq minlərlə insanın dağda ac və susuz bir şəkildə qapalı qalmağa məcbur qoya bilməz."
 
İŞİD-çiləri "vəhşi"yə bənzədən Nəsrullah, təşkilatın infrastrukturunun Səudiyyə və Körfəz ölkələrində olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru