Seyid Həsən Nəsrullah: Suriyada son söz meydanda deyiləcək 27 Sentyabr 2016 01:00 Dünya Livan Hizbullah Hərakatının lideri Seyid Həsən Nəsrullah çıxışı zamanı bildirib ki, Suriya probleminin həlli üçün heç bir siyasi yol yoxdur. Maide.Az xəbər verir ki, "Əxbarul- Lubnan" saytının məlumatına görə, Seyid Həsən Nəsrullah bu sözləri Məhərrəm ayından əvvəl məddahlarla görüşündə deyib. Seyid Həsən Nəsrullah Suriyada döyüşən Hizbullah əsgərlərini misal gətirərək bildirib ki, biz Suriyada öz varlığımızı müdafiə edirik və bunu hamı bilir. Qələbələrimiz çox olub. Əsas təhülkələri aradan gedib. Amma bu təhlükələr sona çatmayıb. Xüsusui ilə terrorçu qruplaşmalar Səudiyyə rejimi, Amerika, Qətər, Türkiyə və Fransa tərəfindən müdafiə olunurlar. Suriya probleminə toxunan Seyid Həsən Nəsrullah bildirib ki, Suriyadakı böhranın həlli üçün heç bir siyasi yol yoxdur. Son söz meydanda deyiləcək. O həmçinin qeyd edib ki, Amerika və Rusiya arasındakı müzakirəlıərin nəticəsiz yekunlaşmasından sonra vəziyyət bir qədərdə çətinləşib. Suriyada heç bir silahlı mülayim müxalifət yoxdur. Bu qruplaşmalar ya "İŞİD" ya da "Ən-Nusra"ya yardım edirlər. Onlar Suriya torpaqlarında elədiyi bu bölgü və oyunu İraqa da keçmək istəyirdilər, ancaq İran və Ayətullah Sistanin cihad fətvası bunun qarşısını aldı. H. Nəsrullah deyib ki, bu gün İraqda İŞİD-in tam məhv edilməsinə ümid var, lakin təhlükə də hələ qalmaqdadır. "Bu gün bölgədə həlledici şərait yaranlb. Səudiyyə Ərəbistan bölgədə qarşıdurmanı daha da alovlandırır. Ərəbistan İngiltərə və Amerikanın yardımı ilə bu qarşıdurmaları məzhəblərarası qarşıdurmaya çevirmək istəyir. Lakin bu qarşıdurmalar siyasidir və siyasidə qalacaq". / Teqlər : #Seyid Həsən Nəsrullah: Suriyada son söz meydanda deyiləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 800 illik ağac meyvə verdi Əlləri milyonlarla günahsız insanın qanına bulaşmış Şimon Peres ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO