Seyid Həsən Nəsrullah: “İran və Ayətullah Sistaninin Mosulun azad edilməsində mühüm rolları var”

Seyid Həsən Nəsrullah: “İran və Ayətullah Sistaninin Mosulun azad edilməsində mühüm rolları var”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Mosulun İŞİD-in işğalından azad edilməsini "Böyük qələbə" kimi qiymətləndirib. "İranın və Ayətullah Sistaninin bu qələbədə şübhəsiz, böyük rolları var", - deyə bəyan edib.
 
Seyid Həsən Nəsrullah Mosulda əldə olunan qələbə münasibətilə televiziyada təbrik çıxışını edib. İraqın böyük mərcəyi təqlid alimi Ayətullah Sistaninin terror təşkilatına qarşı vuruşmasının şəriət cəhətdən vacibat olduğunu bildirən fətvasının İraqda qələbələrin başlamasında böyük təsirinin olduğunu bildirən Seyid Nəsrullah, ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei başda olmaqla, İranın İŞİD terror təşkilatına qarşı qəti və qərarlı mövqeyinin də terror təşkilatının məğlubiyyətə düçar olmasında çox mühüm təsirinin olduğunu deyib.
 
Hizbullahın baş katibi bütün ölkələrin İraqın təcrübəsindən dərs çıxarmalı olduğunu bildirib. O, İraq xalqının gələcəklərini özlərinin müəyyən etdiyini qeyd edərək, belə danışıb: "Amerikalılar İraqda terror təşkilatı İŞİD ilə mübarizədə yalnız müşahidəçi olaraq qaldı".
 
Nəsrullah Amerikanın həmişə İŞİD-in məhv edilməsinin 10-30 ilə qədər çəkəcəyini bir fikir kimi diqtə etməyə çalışdığını xatırladaraq belə deyib: "Amerika İŞİD-i özünün və sionist İsrail rejiminin bölgədəki maraqları üçün istifadə etmək həvəsində idi".
 
Seyid Həsən Nəsrullah ABŞ prezidenti Donald Trampın etiraflarında İŞİD-in Amerikanın bir məhsulu olduğunu bildirdiyini də xatırladaraq, açıqlamasında belə deyib: "İndi bəzi ərəb mediası İraqın Mosuldakı uğurunu Amerikanın qələbəsi kimi, göstərməyə çalışır. Bu böyük bir yalandır”. (deyerler) /

Google+ WhatsApp ok.ru