Seyid Həsən Nəsrullah: Almaniyanın 'Hizbullah' qərarı gözlənilən idi

Seyid Həsən Nəsrullah: Almaniyanın 'Hizbullah' qərarı gözlənilən idi

Livanın Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah regionda baş verən proseslər barədə danışıb.

 
Maide.Az xəbər verir ki, Hizbullahın Almaniya tərəfindən terror təşkilatı elan edilməsinə toxunan Nəsrullah, "bu qərar gözlənilən idi. Daha əvvəl də bəzi Avropa ölkələri eyni qərarı veriblər. Amerika bölgəyə hakim olmağa və İsrail də işğalçılıq siyasətini davam etdirməyə çalışır. Bu planlara qarşı çıxanlar da müqavimət gücləri olduğu üçün hədəfə alınırlar", - deyə bildirib.
 
Almaniyanın Amerika və sionist rejimin təzyiqi altında Hizbullah haqqında bu qərarı verdiyini söyləyən Həsən Nəsrullah, "Almaniya Hizbullahın terror təşkilatı olduğunu sübut edə biləcək heç bir sənəd və dəlil göstərə bilmədi. Məhz bu məsələ, Almaniyanın verdiyi qərarın siyasi olduğunu göstərir", söyləyib.
 
Seyid Həsən Nəsrullah, "Almaniya, Fransa və ya hər hansı bir Avropa ölkəsində bizdən bir qrupun olmadğını deyəndə, tamamilə doğru söyləyirik. İllərdir dünya ölkələrində, xüsusilə Avropa və Latın Amerikasında təşkilatlanmağımız və qurupumuz yoxdur. Uzun illərdir dostlarımızın bizimlə ünsiyyət qurmaları səbəbi ilə hər hansı bir ölkədə çətinlik yaşamasını istəmirik", - deyə əlavə edib.
 
Nəsrullah Almaniyanın Hizbullah qərarını pisləyən ölkələr və hökumətlərə təşəkkür edərək, "Livan hökuməti Almaniya və başqa ölkələrdə vətəndaşlarını qorumaq üçün qərarlıdır. Biz də sionist rejimə qarşı apardığımız mübarizəyə davam edərək, hər zaman Livan xalqını qoruyacağıq", - deyə vurğulayıb.
 
Hizbullahın Baş katibi Livanda gündəmə gələn iqtisadi islahat planına toxunaraq, belə davam edib: "Bu planın milli dəstəyə ehtiyacı var. Prezident Mişel Avn da fraksiyaları bu məsələdə toplantıya çağırıb. Hizbullah da bu toplantıya qatılacaq və digərlərini iştirak etməyə dəvət edir. Livandakı iqtisadi vəziyyət çətin durumdadır. Ölkəni böhrandan xilas etməyimiz lazımdır. Dolayısıyla, siyasi ixtilaflardan əl çəkilməlidir. Bəziləri apardığı təxribatçı fikirlərlə Hizbullahın iqtisadi sahəyə girərək, bank sisteminə zərbə vurmaq istədiyini iddia edir. Bu, Hizbullaha qarşı media savaşıdır. Biz bütün saxta xəbərləri rədd edirik. Hizbullahın yaradılmasından bu günə qədər bank sahəsinə müdaxilə etməmişik. Amma banklar baş verən iqtisadi böhranda hökumətə də kömək etmədi. Hizbullahın bank işi sahəsini ələ keçirməyə çalışdığı istiqamətindəki iddialar boş və mənasızdır."

Google+ WhatsApp ok.ru