Seyid Həsən Nəsrullah Livanın cənubundakı hadisələrdən danışdı 27 Avqust 2020 10:20 Dünya Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayı münasibətilə çıxış edib. O, Livanın cənubundakı hadisləri əhəmiyyətli və həssas olaraq xarakterizə edib. Seyid Həsən Nəsrullah çıxışının əvvəlində müqavimət yaralılarını və ailələrini tərifləyib. O qeyd edib ki, çətinliklərə baxmayaraq, hələ də səbr edirlər və bəziləri zədələrinə baxmayaraq, cəbhələrdədirlər. Seyid Həsən Nəsrullah bu çıxışında Livanın cənubundakı dünənki hadisələrə reaksiya verib: "Dünən Livanın cənubunda baş verənlər vacib və həssasdır, amma bu barədə danışmayacağam və bunu başqa vaxta keçirəcəyəm". Xatırladaq ki, İsrail rejimi çərşənbə günü səhər verdiyi açıqlamasında Livan müqavimət döyüşçülərinin işğal altındakı Fələstinin şimalına sızmasından sonra bölgəyə atəş açmağa başladığını iddia edib./eastnews.org/ Teqlər : #Seyid,#Həsən,#Nəsrullah,#Livanın,#cənubundakı,#hadisələrdən,#danışdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada Rusiya və ABŞ hərbi qüvvələri arasında gərginlik yaşanıb, xəsarət alanlar var (VİDEO) Nigeriya şiələri Məhərrəm ayında da Şeyx Zəkzakinin azadlığı tələbi ilə yürüş keçirir – FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO