Silahlılar baş nazirə sui-qəsd etdi: 9 nəfər öldü

Bu gün Liviyadakı silahlılar baş nazir Ömər əl-Xasini qətlə yetirmək niyyəti ilə terror aktı təşkil ediblər.
 
Axar.az xəbər verir ki, bu gün BMT-nin bir neçə ölkəsinin səfirlik və ofislərinin yerləşdiyi Tripolidə dəhşətli partlayış baş verib. Partlayışdan sonra silahlılar götürdükləri girovlarla birlikdə “Corinthia” otelinin binasında gizləniblər. “Anadolu” agentliyinin məlumatına görə, silahlılar 12 nəfəri girov götürüblər. Terror aktı zamanı vətəndaşlığı təyin edilməmiş beş nəfər əcnəbi, dörd nəfər təhlükəsizlik xidmətinin əməkdaşı qətlə yetirilib. 
 
Hökumət nümayəndəliyinin məlumatına görə, bu, hökumətin baş nazirinə sui-qəsd cəhdidir. İttihamlar inqilabın düşmənlərinə və hərbi cani Xəlifə Xaftara, eləcə də onun arxasında dayanan Qərb qüvvələrinə yönləndirilib. /

Google+ WhatsApp ok.ru