Sinqapurda nadir “yıxılan minarə” bərpa olunacaq

 Sinqapurda Hacə Fatimə adına məscidi bərpa etmək istəyirlər.

Minarənin fərqliliyi ondan ibarətdir ki, minarə 6 dərəcə altında tikilib və onu "Sinqapurun Pizan qalası” adlandırırlar.
 
Hacə Fatimə məscidi 1846-cə ildə tikilib. Minarənin mailliyi memar tərəfindən bilərəkdən düşünülüb, lakin illər keçdikcə qalanın vəziyyəti nəmişliyə görə pisləşməyə başlayıb. Yerli qurumlar minarə tikilisni bərpa etməyi planlaşdırır.
 
Sinqapurun abidələrinin milli fondu, tarixi və mədəni abidələrin bərpası üçün vəsait ayırıb. Onlar arasında adı çəkilən məscid də var.
 
Məscidin himayəçi komitəsinin sədrinin sözlərinə görə, məscid, bərpa olunmağın sayəsində müsəlman icmasına daha çox xeyir qətirəcək və turistlərin diqqətini cəlb edəcək.(iqna)

Google+ WhatsApp ok.ru