Sionistlər fələstinlini öz avtobusunda asıb-Foto - Video

fələstinlilər isə geniş etiraz aksiyalarına başlayıb

Sionist rejiminin polisi isə qətli intihar hadisəsi kimi qələmə verir.

 

“Reuters”in xəbərində deyilir ki, bazar ertəsi fələstinli sürücü öz avtobusunda asılmış vəziyyətdə tapılib. Hadisə Qüds şəhərində baş verib.

 

Işğalçı İsrail rejim polisinin sözçüsü Miki Rosenfeld iddia edib ki, meyitin müayinəsindən sonra bəlli olub ki, 32 yaşlı Yusif əl-Ramoni özünə qəsd edib, bu bir intihar hadisəsidir.

 

Ancaq mərhumun ailəsi tərəfindən işə cəlb edilmiş vəkil Məhəmməd Mahmud agentliyə deyib ki, mən İsrail tərəfinin intiharla bağlı dediklərini rədd edirəm. Bu bir qətl hadisəsidir.

Vəkil bildirib ki, meyiti müayinə etmiş fələstinli həkim Sabir əl-Əloul da Sionist rejim polisinin intiharla bağlı dediklərini rədd edib. Vəkil onu da bildirib ki, müayinə zamanı bəlli olub ki, sürücünü qətildən əvvəl zəhərləyiblər.

 

Agentlik qeyd edir ki, Fələstin mediasına görə sürücünü sionist radikallar öldürüb.

 

Fələstinli sürücünün ölüm xəbəri yayıldıqdan dərhal sonra fələstinli gənclər maska taxaraq yolları kəsiblər və onlara mane olmağa çalışan işğalçı polisləri daşa basıblar. Polis isə fələstinli gəncləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

 

Mərhumun qardaşı “Reuters”ə deyib ki, Yusif əl-Ramoninin özünü öldürməsi üçün heç bir əsas olmayıb. O, iki yeniyetmə uşağın atasıdır: “Mən meyitə baxdım. O, ölümündən əvvəl bərk döyülüb. Bədənindəki zərbə yerləri onun qətlə yetirildiyini açıq şəkildə büruzə verir”.

 

Agentlik xatırladır ki, son aylarda sionostlərlə fələstinlilər arasında münasibətlər gərginləşib və son beş ayda dəfələrlə bu kimi hadisələr baş verib. deyerler/

 

 

 

 

Google+ WhatsApp ok.ru