Sionistlərin təzyiqi istefaya səbəb oldu

İşğalçı İsrailin Qəzzaya qarşı təcavüzü barədə tədqiqat aparan BMT Komissiyasının sədri Uilyam Schabas vəzifəsindən istefa verəcəyini açıqlayıb. Schabas istefasına səbəb kimi İsrailin təzyiqini göstərib.
 
Maide.az xəbər verir ki, BMT-nin İsrailin Qəzzaya hücumunu araşdırma komissiyasının sədri Uilyam Schabas Fələstin Azadlıq Təşkilatına verdiyi məsləhət xidmətinə görə, İsrailin onu bitərəf olmamaqda günahlandırdığını deyib.
 
Schabas bu şərtlər altından işləməsinin mümkün olmadığını və münasib variantın istefa verməsi olacağını deyib.
 
Qeyd edək ki, kanadalı alim Schabasa BMT İnsan Hüquqları Araşdırma Komissiyası tərəfindən iki araşdırma işçisi ilə birlikdə İsrailin Qəzzaya qarşı hücumunda müharibə cinayətlərini araşdırmaq üçün tapşırıq verilmişdi.
 
Schabas qarşıdakı mart ayında BMT-yə təqdim edilməsi gözlənilən İsrailin Qəzzaya təcavüzü ilə bağlı hesabatın özü ilə bağlı iddiaların kölgəsində qalmaması üçün belə bir qərar verdiyini deyib.

Google+ WhatsApp ok.ru