Sionistlər Nablosda Yusif peyğəmbərin məqbərəsinə basqın ediblər

Sionist qəsəbə sakinləri sionist rejim hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilnin şimalında yerləşən Yusif peyğəmbərin (ə) məqbərəsinə basqın ediblər.
 
Maide.az xəbər verir ki, Fələstinin Səma xəbər agentliyi məlumatlı mənbələrə istinadla bildirib ki, sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilndəki Bəlatə düşərgəsində və Nablos şəhərinin şərqində güclü komendant saatı tətbiq edib. Bu məntəqələri tam şəkildə mühasirəyə aldıqdan sonra yüzlərlə sionist qəsəbə sakini Yusif peyğəmbərin (ə) məqbərəsinə daxil olaraq, üzdəniraq öz dini mərasimlərini icra etməyə başlayıb. 
 
Fələstinlilərin emosiyalarını qıcıqlandırmaq məqsədi güdən sionistlərin bu hərəkətinin ardınca Yusif Peyğəmbərin (ə) məqbərəsi ətrafında fələstinli gənclərlə sionist rejim hərbçiləri arasında şiddətli toqquşmalar baş verib və sonra bu toqquşmalar Bəlatə düşərgəsinə və ətraf məntəqələrdə davam edib.

Google+ WhatsApp ok.ru