Sionistlər 3000 fələstinli uşağı öldürüb 01 İyun 2017 01:00 Fələstin Fələstin İnformasiya Mərkəzi yeni hesabatında bildirir ki, sionist rejim hərbiçiləri 3000 fələstinli uşağı şəhid edib. Maide.Az xəbər verir ki, hesabatda bildirilir ki, sionist rejim əsgərləri 2000-ci ilin sentyabr ayının 28-dən (Əqsa intifadası başlandığı gündən) 2017-ci ilin aprel ayının sonunadək 3000 fələstinli uşağı şəhid edib. Fələstin İnformasiya Mərkəzi 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibəti ilə açıqladığı hesabatda bildirib ki, 13 mindən çox fələstinli uşaq isə sionist İsrail əsgərlərinin açdığı güllə nəticəsində yaralanıb. 12 mindən çox fələstinli uşaq isə əsir götürülüb və hazırda 300-dən çox uşaq hələ də həbsxanada saxlanılır. Hesabatda bildirlir ki, fələstinli əsir uşaqların 95 faizinə sionist rejim həbsxanalarında işgəncə verilir . Sionist rejim ildə təqribən 700 fələstinli uşağı işğal olunmuş Fələstin torpaqlarında həbs edir. Lakin 2015-ci ilin oktyabr ayından orta hesabla gündə 2000 uşaq rejim hərbiçiləri tərəfindən saxlanılıb. Hesabatda bildirlir ki, fələstinli məktəbli uşaqlar sionist rejim əsgərləri tərəfindən yoxlama-buraxılış məntəqələrində işgəncə olunur. 10-17 yaşlı fələstinli uşaqların 4.1 faizi ailələrinin ağır iqtisadi durumuna görə işləməyə məcbur olub. Hazırda 18 yaşından aşağı 102 min fələstinli uşaq ailələrinin iqtisadi durumunun pis olmasına görə çalışır. 2011-ci ildə bu rəqəm 65 min nəfər idi. Hesabatda həmçinin bildirilir ki, Qüdsdə yaşayan uşaqların 85 faizinin yaşayış səviyyəsi yoxsulluq həddindən aşağıdır. / Teqlər : #Sionistlər 3000 fələstinli uşağı öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ramazan ayında Fələstin məscidlərində canlanma baş verib – FOTO Sionist rejimin bütün qadağalarına baxmayaraq 250 min fələstinli Ramazanın ilk Cümə namazını qılıb -FOTO -YENİLƏNİB
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar