Sionistlər daha 22 fələstinlini saxladı 02 Sentyabr 2019 18:01 Fələstin İşğalçı sionist rejiminin əsgərləri Qərbi Şəriədə gecə saatlarında fələstinlilərin yaşadığı evlərə basqınlar ediblər. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, basqın nəticəsində 22 fələstinli saxlanılıb. Onlar “terror aktlarında iştirak” etməkdə ittiham edilirlər. Qeyd edək ki, sionist rejim tez-tez bu iddia ilə onlarla fələstinlini həbs edib. Onların arasında çoxlu sayda qadın və uşaq da var. “İnzibati həbs” adı verdikləri bu addımla fələstinliləri 18 aya qədər saxlama məntəqəsində saxlaya bilirlər. Saxlanılan şəxsin “İsrailin təhlükəsizliyi üçün təhlükə” olduğuna qərar verilməsi təqdirində isə həbs müddəti 5 ilə qədər artırılır. Hazırda İsrail həbsxanalarında 5 mindən çox fələstinli həbsdədir. Onlardan 200-ü uşaqdır. 500-ə yaxını haqqında isə “inzibati həbs” cəzası verilib. Teqlər : #Sionistlər,#daha,#fələstinlini,#saxladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Hizbullah’ ordusu İsraildən qisas aldı – Video Ötən ay işğalçı İsrail qüvvələri 12 fələstinlini şəhid edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar