Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə hücum ediblər

Onlarla sionist qəsəbə sakini hərbçilərin dəstəyi ilə ötən gecə Babul-Muğaribə tərəfindən əl-Əqsa məscidinə daxil olub və bu müqəddəs məkana hörmətsizlik ediblər. Bunun qarşısını almaq istəyən fələstinlilərin məscidə daxil olmağa qoymayıblar. 
 
Maide.az-ın məlumatına görə, sionist rejim Beytül-Müqəddəsi işğal etdiyi zamandan həmişə əl-Əqsa məscidinin ətrafında və həyətlərində qazıntılar kimi məkrli planlar həyata keçirərək müsəlmanların müqəddəs məkanını dağıtmaq niyyətindədir. 
 
Yeri gəlmişkən, rejim İordan çayının qərb sahilində yerləşən Beyt-ləhm şəhərinin kənd ərazilərinə hücum edərək yüzlərlə zeytun ağacını məhv ediblər.

Google+ WhatsApp ok.ru