Sionist qüvvələri fələstinlilərə atəş açıb: 5 nəfər ölüb 24 Mart 2017 02:00 Fələstin İordan çayının qərb sahilində Ramallah şəhərinin şimalında sionist qüvvələri fələstinlilərin maşınına atəş açıb. Nəticədə bir gənc həlak olub, daha 4-ü yaralanıb. Bildirilib ki, Ramallahın şimalında fələstinlilərin əl-Hələzun düşərgəsi yaxınlığında İsrail rejimi qüvvələri tərəfindən fələstinlilərin maşınına atəş açılıb. Nəticədə evin tək oğlu olan 17 yaşlı Muhamməd Mahmud Həttab adlı bir fələstinli gənc həlak olub və daha 4 fələstinli ağır yaralanıb. Sionist qüvvələri onları odlu silahla sinədən və başdan hədəfə alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, sözügedən bölgədə işğal edilmiş ərazilərdə çoxlu sayda yəhudi yaşayış massivləri salınıb. Onların fələstinlilərdən "qorunması" üçün 6 metrlik hündür beton hasarlar çəkilib və müşahidə qüllələri qoyulub. Əkin sahələri və iş yerləri hasarın digər tərəfində qalan fələstinlilər ora yaxınlaşanda müxtəlif vasitələrlə hədəfə alınır. (islaminsesi) / Teqlər : #Sionist qüvvələri fələstinlilərə atəş açıb: 5 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim 2016-cı ildə işğal etdiyi Fələstin torpaqlarında tikinti işlərini 40 faiz artırıb - FOTO Həmas rəsmisi Qəzzada terror edildi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar