Sionist rejim aclıq aksiyası keçirən fələstinliləri qeyri-adi üsulla cəzalandırır 28 Aprel 2017 01:00 Fələstin Ötən gündən başlayaraq Sionist İsrail rejim həbsxanalarında aclıq aksiyası keçirən fələstinli siyasi dustaqlara duz verilməsi qadağan edilib. Bu barədə məlumatı Fələstin Hüquq Müdafiə təşkilatları yayıb. "Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyası 17 apreldə start götürüb. 1500-dən artıq dustaq qidadan imtina edərək yalnız su və duz qəbul edirlər. Duz qəbul edilməsində məqsəd daxili orqanların sağlamlığını qorumaqdır. Aclıq aksiyasına səbəb işağlçı rejim Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi göstərilir. Məhbuslar, rəhbər şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan təmamiylə təcrid edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış imkanlarının bərpa edilməsini tələb edirlər. Fələstinli məhbusların keçirdiyi aclıq aksiyasına Brüseldən də dəstək gəlib. Avropa parlamentinin deputatları məhbuslarla həmrəy olduqlarını bildiriblər. Aksiyaya İsveç, Yunanıstan, Fransa, İtaliya, İspaniya,İngiltərə, Avstriya, Danimarka və Portuqaliyadan olan deputatlar qoşulub. (faktxeber) Teqlər : #Sionist rejim aclıq aksiyası keçirən fələstinliləri qeyriadi üsulla cəzalandırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist İsrail rejimi Şərqi Qüdsdə 10 min sionist yaşayış yerinin inşasını təsdiqlədi Aclıq aksiyası keçirən fələstinli məhbuslarla həmrəylik məqsədilə İngiltərədə tələbələr aclıq aksiyasına başlayıb - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar