Sionist rejim Avropa Birlyinin qərarından qəzəblənib

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin sionist İsrail rejiminin qeyri-qanuni qəsəbələrində istehsal olunan məhsulların boykot edilməsini dəstəkləmək üzrə məktubu sionist rejimi qəzəbləndirib.
 
Maide.az-ın məlumatına görə, sionist rejim xarici işlər naziri Aviqdor Liberman cümə günü bu rejimin radiosu ilə müsahibədə Avropada İsrail məhsullarının boykotunu dəstəkləyənləri "ikiüzlü" adlandırıb və onların bəyanatını pisləyib. 
 
Bu məsələni "Nasist Almaniya dövründə holokost günləri adlandıran" Liberman deyib: Avropalılar indi də İsrail məhsullarına sarı etiket yapışdıra bilməzlər. 
 
Avropa Birliyinə üzv 28 dövlətin 16-nın xarici işlər naziri Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogeriniyə bir məktubda bildiriblər ki, Fələstin əraziləri və işğal olunmuş Holan yüksəkliklərində inşa olunan sionist qəsəbələrdə istehsal edilən məhsullara etiket yapışdırılmalıdır.

Google+ WhatsApp ok.ru