Sionist rejim başçılarının məhkəməyə verilməsi tələb olunur

Maide.az-ın məlumatına görə, ​Fələstin qanunvericilik məclisinin üzvü Xalidə Cərar İRNA-ya müsahibəsində bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında sionist işğalçılığına son qoyulması üçün zaman təyin olunması, ​sionist rəhbərlərinin təqib olunmaları və məhkəməyə verilmələri Fələstinin beynəlxalq cinayət məhkəməsinə üzv olmasına mənfi təsir göstərməməlidir. 
 
​Xalidə Cərar bildirib ki, "Bu iki layihənin heç biri digərini əvəz edə bilməz. ​Əgər fələstinli məsul şəxslərin TŞ-na sionist başçılarının məhkəməyə verilməsinə dair müraciəti digər müraciətlərin əvəzedicisi kimi təqdim edilərsə, o zaman heçnəyə nail ola bilməyəcəklər. "
 
O, həmçin fələstinlilərin əsas hədəflərinə, öz torpaqlarına qayıtma haqqlarına təkid edərək bildirib ki, 1948-ci ildə sionist rejimin saxta qanunu nəticəsində doğma yurdlarından didərgin düşmüş fələstinli mühacirlər öz evlərinə geri dönməlidirlər. Mühacirlərin geri dönmələri də sionist rejimin işöalçılıöına son qoyulmasından asıllıdır.//

Google+ WhatsApp ok.ru