Sionist rejim Beytül Müqəddəsdə 3 İslami təşkilatın ofisini bağladı

Sionist İsrail qüvvələri işğal altındakı Fələstin torpaqlarındakı cinayət və zülmü davam etdirdiyi bir vaxtda xəbər mənbələri İsrail qüvvələrinin Fələstinlilərə məxsus 3 islami təşkilatın fəaliyyətini əngəllədiyini bildirirlər.
 
Maide.az xəbər verir ki, sionist qüvvələr dünən işğal altındakı Fələstin torpaqlarında, 3 İslami təşkilatı Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS ilə əlaqələri olduğu bəhanəsi ilə bağlayıb.
 
Fəaliyyəti dayandırılan üç qurumun Qüdsdə Əl-Əqsa Müsəlman Qadınları, Əl-Əqsa qəhrəmanları qrupu ilə Əl-Fəcr Xeyriyyə Qurumu olduğu, əməkdaşlarından bir çoxunun da həbs olunduğu qeyd edilir.
 
Terror rejimi həmin 3 qurumun HƏMASA maliyyə dəstəyi verdiyini və işğal altındakı Fələstin torpaqlarında irqçi İsrail əleyhinə aksiyalar keçirilməsi üçün təşkilatlanma işləri apardığını iddia edib. 
 
İşğalçı rejiminin keçən ilin avqust ayında Qəzzaya qarşı başlatdığı və 51 gün davam edən müharibənin üstündən beş ay keçməsinə baxmayaraq, müharibənin təsirləri və nəticələri barədə müzakirələr davam edir. Müharibə barədə danışan işğalçı ordunun iki komandiri, son Qəzza müharibəsinin özləri üçün uğursuzluqla nəticələndiyini və məqsədlərinə çatmadığını, HƏMAS hərəkatını müqavimətdən daşındıra bilmədiklərini və müharibəyə görə işğal rejiminin ağır əvəzlər ödəmək məcburiyyətində qaldığını söyləyib.

Google+ WhatsApp ok.ru