Sionist rejim fələstinlilərin evlərinin dağıdılması prosesini sürətləndirib

 

Sionist rejim ordusu fələstinlilərin evlərinin dağıdılması prosesini daha da sürətləndirib. 
 
Maide.az-ın Qüds xəbər agentliyinə istinadən məlumatına görə, Sionist rejimin Haartz qəzeti yazır : 2014-cü ilin ilk 8 ayında dağıdılan fələstinli evlərinin sayı ötən 5 ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, Sionist rejim ötən 8 ay ərzində fələstinlilərə aid 350 evi dağıdaraq , yüzlərlə fələstinlinin evsiz-eşiksiz qalmasına səbəb olub. 
Sionist rejimin İordan Çayının Qərb Sahilindəki abadlıq idarəsi  cari ilin aprel ayından Şərqi Qüdsdə yaşayan fələstinlilərin evlərinin dağıdılmasına başlayıb. Belə ki, bu ərazilərdə sionistlər üçün yeni qəsəbələrin salınması planlaşdırılıb.
Digər bir məlumata görə, Beyt-Ləhmin qərbində Vadi Fokin kəndi sakinlərinin sionistlərin şəhərcik (yeni qəsəbələr) salma məqsədilə bu məntəqə ərazilərini müsadirə etmək üzrə qərarlarına etiraz olaraq etiraz aksiyası keçirib. İşğalçı İsrail rejiminin hərbiçiləri isə aksiyaçılara hücum edib. 
Sionist rejim qüvvələri aksiya iştirakçılarına qarşı  gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Hücum nəticəsində  bir qrup fələstinli yaralanıb./
 

Google+ WhatsApp ok.ru