Sionist rejim fələstinli uşaqları həbs etdi

Qüds və Məscidi-Əqsaya hücumlarını artıran İsrail işğalçı qüvvələri 6-sı uşaq olmaqla 8 fələstinlini həbs edib.
Maide.az dunyabulleteni.net-ə istinadən xəbər verir ki, yəhudilər üçün yeni il olaraq qəbul edilən “Roş aşana” bayram tətili səsəbilə 50 nəfər bazar günü Məscidi-Əqsaya girmiş, onlara etiraz edilən fələstinlilərə isə səs bombası, gözyaşardıcı qaz və plastik mərmilər atılmışdı.
Hadisələr zamanı çoxlu sayda insan yaralanmışdı.
Həmin gərginlik bazar günündən bu günə qədər davam etməkdədir. İşğalçı İsrail rejim qüvvələri Məscidi-Əqsanın ətrafında müxtəlif provakativ hərəkətlər edir, onlara qarşı cavab verən fələstinliləri isə həbs edirlər. /
 

Google+ WhatsApp ok.ru