Sionist rejim Həmasın liderlərindən birini yenidən həbs edib

Sionist rejim Həmasın liderlərindən birini yenidən həbs edib

İşğalçı İsrail qüvvələri İordan çayının qərb sahilində  Həmas Təşkilatının liderlərindən birini həbs edib. 
 
Maide.Az xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, yerli mənbələr cümə günü səhər sionist yaraqlılarının HƏMAS lideri Şeyx Həsən Yusifin Ramallah yaxınlığındakı Beytoniya qəsəbəsindəki evinə hücum etidyini və onu həbs etdiyini açıqlayıb. 
 
Həmas lideri 15 aylıq əsirlikdən sonra keçən iyul ayında sərbəst buraxılmışdı. 
 
Şeyx Həsən Yusif təxminən 23 il, işğalçı İsrail rejim həbsxanalarında saxlanılıb ki, bu müddətin çoxunu müvəqqəti həbs cəzası ilə keçirib. 
 
Şeyx Həsən Yusef müxtəlif xəstəliklərdən əziyyət çəkir və daimi qayğıya ehtiyacı var.
 
İsrail yaraqlılarının Beytoniyaya hücum zamanı daha bir neçə nəfəri də həbs etdiyi bildirilir. 
 

Google+ WhatsApp ok.ru