Sionist rejimin fələstinlilərə hücumları davam edir

Maide.az-ın məlumatına görə, sionist hərbçilər ötən gecə Qəzzə zolağının mərkəzində əl-Məğazi düşərgəsinin şərqində öz ərazilərində işləyən əkinçilərdən bir qrupuna doğru atəş açıblar. Nəticədə əkinçilər ərazilərini tərk etməyə məcbur olublar. Sionist rejimin hərbi qayıqları da Qəzzə sahillərində fələstinli balıqçılara hücum ediblər və fələstinli balıqçılar öz evlərinə qayıtmağa məcbur olublar.
 
Həmçinin sionist hərbçilər Qüds şəhərinin cənubunda bir yoxlama keçid məntəqəsi yaxınlığında İordan çayının qərb sahilində yerləşən əl-Xəlil şəhərinin sakini olan bir fələstinli gənci həbs edib və naməlum istiqamətə aparıblar.

Google+ WhatsApp ok.ru