`Sionist rejimin həyasız və işğalçı hərbçilərinin müsəlmanların ilk qibləsinə soxulması bütün müsəlmanlara hörmətsizlikdir`

Təəssüflər olsun ki, islam dünyasında əl-Əqsa məscidi məsələsində sionist rejimin təhqiramiz hərəkəti qarşısında qəsdən yuxuya getmə vardır. Bunu İran İslam Şurası Məclisinin sədri Əli Laricani deyib. 
Maide.az xəbər verir ki, İSNA agentliyinin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü parlamentdə çıxışında sionist rejimin əl-Əqsa məscidinə hücumunu pisləyərək beynəlxalq dairələr, İslam Əməkdaşlıq Təşkilatını bu məsələdə ciddi iştirak etməyə və Fələstin  xalqını dəstəkləməyə çağırıb. 
Sionist rejimin əl-Əqsa məscidi qarşısındakı rəftarının təhqiramiz olduğunu bildirən Ə.Laricani  bilidirib ki, bölgədəki hazırkı acınacaqlı şərait sionist rejimin bu məsələdən sui-istifadə etməsi və müsəlmanların ilk qibləsinə hörmətsizlik etməsinə səbəb olub. 
İran parlamentinin sədri bildirib ki, Sionist rejimin həyasız və işğalçı hərbçilərinin müsəlmanların ilk qibləsinə soxulması və müsəlmanları bu məsciddə ibadətdən məhrum etməsi bütün müsəlmanlara hörmətsizlikdir. 
Qeyd edək ki, Sionist hərbçilər ötən həftədən demək olar ki, hər gün əl-Əqsa məscidinə hücum və fələstinli namaz qılanlarla toqquşmada gözyaşardıcı qaz, səs bombaları və döyüş güllələrindən istifadə edir. Bu hərəkətlər onlarla fələstinlinin yaralanması ilə nəticələnib. /.
 

Google+ WhatsApp ok.ru