Sionist rejim Qəzzaya yaxın bölgədə yeni şəhərcik tikir 10 Noyabr 2020 09:39 Fələstin Sionist rejim Fələstinin işğal olunmuş ərazilərində Qəzzanın 7 kilometrliyində yeni şəhərcik tikməyi qərara alıb. Maide.Az İQNA -a istindala xəbər verir ki, işğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bu haqda açıqlama verib və bu qərarın önəmli bir qərar olduğunu açıqlayıb. B.Netanyahu işğal altındakı Fələstinin cənub hisssəsində sionist yaşayış yerlərinin inkişaf etdirilməsinə davam etməli və Qəzza yaxınlığındakı Sedirut və Netifut qəsəbələrində yeni şəhərciyin tikilməsinin vacibliyini vurğulayıb. Məlumata görə, inşa ediləcək yeni şəhərcik işğalçı rejimin son illər ərzində həmin bölgədə tikiləcək ilk yaşayış massividir. Orada 500 sionist ailə yerləşdiriləcək. Yeni şəhərciyin "Hanun" olaraq adlandırılacağı bildirilib. İşğalçı rejim şəhərciyin salınması üçün hazırlıq işlərinin görülməsinə 296 min dollar vəsait ayırıb. Teqlər : #Sionist,#rejim,#Qəzzaya,#yaxın,#bölgədə,#yeni,#şəhərcik,#tikir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstin qrupları: ABŞ-ın Fələstinə qarşı düşmənçiliyi dəyişməyəcək İƏT sionist İsrail rejiminin fələstinlilərin evlərini dağıtmasını pisləyib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar