Sionist rejim Suriyaya aviazərbələr həyata keçirib

İsrail hərbi təyyarələri ötən gün axşam Suriyanın Qunaytara əyalətinin şimalında Colan yüksəkliklərində Suriya ordusunun mövqelərinə bir neçə hava zərbəsi endirib.
 
Aviazərbələrdə ölən və yaralananlar barədə məlumat yoxdur.
 
Qeyd edək ki, təqribən iki həftə öncə sionist rejim Suriyanın Colan yüksəkliklərində "Hizbullah"a məxsus bir hərbi texnikanı vurmuşdu. Hücumda "Hizbullah"ın 6 tanınmış komandiri və İran İnqilabı Keşikçiləri Korpusunun bir briqada generalı həlak olmuşdu.

Google+ WhatsApp ok.ru