Siyasi rəqibi Trampı axmaq adlandırdı

Siyasi rəqibi Trampı axmaq adlandırdı

ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaq adlandırıb.
 
O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.
 
Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir.
 
O, bunu Trampın “Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.
 
Həmin mərasimdə Bayden maska ​​və eynək taxıb. 
 
“O, əsl axmaqdır... Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, - deyə Bayden bildirib. /oxu.az
 

Google+ WhatsApp ok.ru