İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclas keçirir 31 Yanvar 2020 11:05 Dünya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində fövqəladə iclas keçirir Maide.Az “arabstoday” a istinadla xəbər verir ki, İƏT yayımladığı bəyanatda bildirir ki, bazar ertəsi keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər Nazirləri Fələstin məsələsini və ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək. İƏT bəyanatında bildirilir ki, FƏləstin probleminin həlli üçün çalışmalar beynəlxalq qanunlar və BMT qətnamələrinə uyğun həyata keçirilməlidir. Beynəlxalq qanunlara görə, Qüds Fələstinin işğal olunmuş ərazisinin ayrılmaz hissəsidir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu iclasa ev sahibliyi etsə də BƏƏ və Bəhreynlə birlikdə ABŞ-ın “Yüz ilin planı”nı dəstəkləyib. Ərəb Birliyinin də fevralın 4-də Qahirədə İraqın sədrliyi ilə ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcəyi bildirilir. Xatırladaq ki, Tramp “Yüz ilin planı” adı verdiyi planda Qüdsü sionist İsrail rejiminin “bölünməz” paytaxtı kimi qəbul edib. Fələstinə isə müstəqillik vəd edib. Teqlər : #İslam,#Əməkdaşlıq,#Təşkilatı,#fövqəladə,#iclas,#keçirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın raket zərbəsi nəticəsində yaralanan ABŞ hərbçilərinin sayı azı 64 nəfərdir Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu bağlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO