İslami Cihad: Regionda yeni müharibə başlaya bilər

Fələstin İslami Müqavimət hərəkatlarından olan "İslami Cihad" Amerika Birləşmiş Ştatlarının İsrailə etdiyi yeni silah dəstəyini şərh edib.
Maide.az xəbər verir ki, "Haaretz" qəzeti ABŞ tərəfindən İsrailə 51 gün davam edən Qəzza müharibəsi zamanı tez-tez istifadə edilən "J-dam" sistemi ilə hərəkət edən və hədəf müəyyənləşdirən daha 3000 ağıllı raket veriləcəyini bildirməsindən sonra məsələ ilə əlaqədar "İslami Cihad" hərəkatından açıqlama gəlib.
 
"İslami Cihad" rəsmisi, "mövcud ABŞ rəhbərliyinin sionist işğalçıya ağıllı raket və silah təminatına davam etməsi, hər cür dəstək verməsi bölgədə yeni bir təcavüzə işarə ola bilər", - deyə bildirb.
 
İslami Cihad lideri, "Bütün Fələstin xalqı, İslam və Ərəb dünyası Amerikanın oyunları qarşısında oyaq olmalıdır", - deyərək, "sionistlərin etdiyi hücumların bir nömrəli müttəfiqi ABŞ-dır" söyləyib.

Google+ WhatsApp ok.ru