İslami təbabətin tarixi üzrə beynəlxalq konfrans keçiriləcək

Müsəlmanların tibbə verdiyi töhvələri qiymətləndirmək məqsədi ilə 2015-ci il yanvarın 2-4-də Hindistanın Kəlküt əyalətində beynəlxalq konfrans keçiriləcək.
Maide.az-ın məlumatına görə, konfransda  islami təbabətin  tarixi və müsəlmanların tibbin inkişafına verdiyi töhvələr müxtəlif vasitələr o cümlədən plakat, sənədli filmlər vasitəsi ilə nümayiş olunacaq.
Heydərabadda Müsəlmanların Sosial və Mədəni inkişafı üzrə təhsil təşkilatının rəhbəri  Fəxrəddin Məhəmmədin sözlərinə görə, bu konfrans İslami təbabət Beynəlxalq institutu ( IIIM), Şimali Amerikada İslam Tibbinin Fondu (IMANA), Müsəlman Təhsil Cəmiyyətinin Əməkdaşlığı (MES) və Hindistanda Müsəlmanların Sosial və Mədəni inkişafı üzrə təhsil təşkilatının dəstəyi ilə heyəta keçəcək.
Konfras çərçivəsində "İslam sivilizasiyasının qızıl əsri" adlı sərgi təşkil olunacaq, sərgidə müsəlmanların 6-16-cı əsrlərdə müxtəlif elmlərə verdikləri töhvələr tanıtdırılacaq.  //

 

Google+ WhatsApp ok.ru