İslam ölkələri Parlamentlərarası Birliyi Fələstinlə bağlı fövqəladə iclas keçirib 14 May 2018 01:00 Fələstin -- ABŞ heç bir öhdəliyinə sadiq deyil İslam ölkələri Parlamentlərarası Birliyinin Fələstin daimi komitəsi Fələstindəki mövcud vəziyyətlə bağlı fövqəladə iclas keçirib. APA-nın Tehran bürosunun məlumatına görə, ABŞ-ın öz səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsi ilə bağlı atdığı addımın ardınca bu gün İslam ölkələri Parlamentlərarası Birliyi Fələstin Daimi Komitəsinin fövqəladə iclası 20 ölkənin iştirakı ilə Tehranda baş tutub. Toplantıda çıxış edən İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın bu addımını kəskin pisləyib. O bildirib ki, ABŞ-ın bu qərarının əleyhinə çıxmaq və Qüdsün Fələstinin paytaxtı kimi tanınması üçün xüsusi tədbirlər görmək lazımdır: “Sionist rejimin hərəkətləri regionda və dünyada qeyri-sabitlik və gərginliyə səbəb olur. ABŞ heç bir öhdəliyini yerinə yetirmir, necə ki, bir gün Paris razılaşmasını tapdaladı, bir gün Çinlə olan gömrük tarifləri ilə olan razılaşmaları görməzdən gəldi və sonuncu dəfə İran və “altılıq” ölkələri arasındakı razılaşmadan çıxdı. Bu hərəkətlər göstərir ki, ABŞ heç bir öhdəliyinə sadiq deyil”. Teqlər : #İslam ölkələri Parlamentlərarası Birliyi Fələstinlə bağlı fövqəladə iclas keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionistlərin vəhşiliyi davam edir – Fələstinli şəhidlərin sayı 18 -a çatdı - YENİLƏNİB- FOTO İsrail rejim qüvvələrinin Qəzzada vəhşiliyi davam edir: Şəhid olan fələstinlilərin sayı 49 nəfərə çatıb -YENİLƏNİB
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar